UEFA rəsmiləri Bakı Olimpiya stadionuna baxış keçirdilər
Bizi izləyin

İdman

UEFA rəsmiləri Bakı Olimpiya stadionuna baxış keçirdilər

UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıya iki günlük səfə ediblər.

Publika.az xəbər verir ki, UEFA rəsmilərinin səfərində məqsəd AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan - İtaliya oyunu öncəsi aparılan hazırlıq işləriylə maraqlanmaq olub.

Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilati məsələlərlə bağlı öz tövsiyələrini veriblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm