Maradona prezidentliyə iddialıdır
Bizi izləyin

İdman

Maradona prezidentliyə iddialıdır

Əfsanəvi futbolçu Dieqo Armando Maradona FİFA prezidentliyinə seçkilərdə iştirak edəcək.

Publika.az xəbər verir ki, Maradonanın bəyanatında bildirilib. O deyib ki, ona iş verən Birləşmiş Ərəb Əmirliyinə görə “FİFA-ya qayıdacaq:

“Ən əsası isə mənə görə bu qədər çox çətinliklər yaşayan ailəmin xətrinə qayıdacağam. Mən intiqam fikri ilə deyil, futbolda dəyişikliklər etmək ideyası ilə qayıdacağam. Korrupsiya, oğurluq artıq kifayətdi”.

FİFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib. FİFA prezidentliyinə yeni seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.

İndiyə qədər FİFA prezidentliyinə Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Artur Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti namizədliyini irəli sürüb.

Bu gün isə daha bir canlı əfsanə - Mişel Platini də prezidentliyə namizəd olacağını açıqlayıb və futbol federasiyalarına bununla bağlı məktub ünvanlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm