Çempionlar Liqası: pley-offa vəsiqə qazanan 4 komanda bəllidir
Bizi izləyin

İdman

Çempionlar Liqası: pley-offa vəsiqə qazanan 4 komanda bəllidir

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarına dünən start verilib.

Publika.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Avstriya "Rapid"iylə Hollandiya "Ayaks"ı arasında olub. İlk oyunda Vyanada 2:2 hesablı bərabərliyə qalan komandalar bu dəfə Amsterdamda üz-üzə gəlib. Hollandlar ilk matçdan sonra üstün olsalar da, bu üstünlüklərindən faydalana bilməyiblər. Belə ki, avstriyalılar "Qırmızı-ağlar"ı Amsterdamda 3:2 hesabıyla məğlub etməklə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar.

İlk oyundan sonra pley-offa çıxmaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gələn Fransa "Monako"su "Yanq Boys"u evdə də məğlub edərək (4:0), növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.

Qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz "Qarabağ" bu gün meydana çıxacaq. Ağdamlılar saat 21:30-da "Seltik"i qəbul edəcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

4 avqust

Molde (Norveç) - Dinamo (Zaqreb, Xorvatiya) 3:3 (ilk oyun 1:1)

Hüsseyn, 43. Elyunusi, 52-p. Kamara, 75 - Pyaça, 17. Ademi, 20. Roq, 23.

APOEL (Kipr) - Midtyulland (Danimarka) 0:1 (2:1)

Sviatçenko, 3.

Ayaks (Hollandiya) - Rapid (Avstriya) 2:3 (2:2)

Milik, 52. Qudelj, 75 - Beriç, 12. Şaub, 39; 77.

Monako (Fransa) - Yanq Boys (İsveçrə) 4:0 (3:1)

Kavalyero, 54. Kurzava, 64. Martial, 70. Şaaravi, 77.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm