İdman
"Qarabağ"la çətin oyun olacaq
Azərbaycanın “Qarabağ” komandası çox güclü kollektivdir.
Son iki ildə ölkə çempionu olub. Bu klubla bağlı araşdırmalarımız
davam edir.
Bu sözləri Ağdam təmsilçisinin Avropa Liqası yarışlarının pley-off
mərhələsindəki rəqibi “Yanq Boyz”un məşqçisi Harald Qamperle
bildirib.
Baş məşqçi Uli Fortenin istefasından sonra klubu müvəqqəti olaraq
çalışdıran H.Qamperle Ağdam klubunun “Seltik”ə qarşı oyunları
haqqında danışıb. O qeyd edib ki, “Qarabağ” UEFA Çempionlar Liqası
yarışlarının üçüncü təsnifat mərhələsində “Seltik” kollektivinə
qarşı yaxşı oyun nümayiş etdirdi. Bu oyunda Şotlandiya klubunun
bəxti gətirdi. Bizim “Qarabağ” komandasına qarşı matçlarda işimiz
çətin olacaq. Ancaq bizim də hədəfimiz qrup mərhələsinə vəsiqə
qazanmaqdır.
İsveçrə superliqasının ilk üç turunda bütün görüşlərini heç-heçə
başa vurmuş paytaxt təmsilçisi üç xalla altıncı pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası yarışlarında Fransanın “Monako” komandasına
qarşı hər iki görüşdə məğlubiyyətdən sonra Avropa Liqasına düşən
“Yanq Boyz”un baş məşqçisi Uli Forte istefaya göndərilib. Ona görə
həm İsveçrə superliqası oyunlarına, həm də “Qarabağ”la Avroliqa
matçına bu komandaya müvəqqəti olaraq U.Fortenin köməkçisi
H.Qamperle gətirilib.
Yeni baş məşqçi vəzifəsinə namizədlər arasında Murat Yakın və Marko
Şallibaum göstərilir. M.Yakın yaxın vaxtlarda Rusiyanın “Spartak”
komandasından istefaya göndərilib. M.Şallibaum isə hazırda
İsveçrədə ikinci liqa olan Çağırış Liqasının lideri “Kyasso”
komandasının baş məşqçisidir. M.Yakın 2012-2014-cü illərdə
“Bazel”in baş məşqçisi kimi komandada bir sıra uğurlara imza atıb.
İki dəfə İsveçrə çempionu olub və Avropa Liqasının yarımfinal
mərhələsinədək yüksəlib.
“Yanq Boyz” avqustun 9-da İsveçrə superliqasının növbəti oyununda
“Tün”, avqustun 12-də isə “Luqano” komandalarını qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu “Yanq Boyz”la ilk oyununu
avqustun 20-də İsveçrənin Bern şəhərindəki “Stad de Syuiss”
stadionunda keçirəcək. Bir həftə sonra isə Bakıda Tofiq Bəhramov
adına Respublika stadionunda cavab qarşılaşması təşkil
olunacaq.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ