“Barselona”nın futbolçusu Zaqatalaya “salam” dedi - VİDEO
Bizi izləyin

İdman

“Barselona”nın futbolçusu Zaqatalaya “salam” dedi - VİDEO

Sabah UEFA Superkuboku uğrunda həlledici matçda "Barselona" və "Sevilya" üz-üzə gələcək.

Publika.az xəbər verir ki, qarşılaşma avqustun 11-də Tiflisin "Dinamo" stadionunda olacaq.

Artıq komandalar matçın keçiriləcəyi məkana gəliblər. İspaniya klublarının Avropa duelini izləmək üçün Azərbaycandan da xeyli azarkeş və mətbuat nümayəndələri qonşu ölkəyə yollanıb.

Azərbaycanlı futbolsevərlər ulduzlarla görüşmək fürsətindən məharətlə yararlanıblar. Belə ki, “Barselona”nın oyunçusu Dani Alveşlə görüşən azarkeşlərdən biri ondan Zaqatalaya salam göndərməsini xahiş edib. Alveş də azarkeşin istəyini yerinə yetirib və salamını göndərib.

Publika.az həmin görüntünü təqdim edir:

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm