İdman
Futbolçuya silahlı hücum

"Fənərbağça"nın və Türkiyə millisinin futbolçusu Mehmet Topala silahlı hücum olub.
Publika.az xəbər verir ki, hadisə bu gün "Fənərbaxça"nın səhər məşqindən sonra yaşanıb. Belə ki, futbolçu məşqdən çıxdıqdan sonra şəxsi avtomobiliylə klubun bazasından uzaqlaşdığı zaman naməlum şəxslər avtomobilə atəş açmağa başlayıb.
Atəş nəticəsində güllələrdən biri avtomobilin ön şüşəsinə dəysə də, şüşələrin güllə keçirməyən materialdan olması futbolçunu xilas edib.
"Fənərbağça" klubu hadisədən dərhal sonra bəyanatla çıxış edərək, aidiyyəti qurumlardan təqsirkarların tapılmasını tələb edib.
Xatırladaq ki, bu, "Fənərbaxça"nın qarşılaşdığı ilk silahlı hücum deyil. "Sarı-göylər" Türkiyə Superliqasının son mövsümündə də bu cür hadisəylə üzləşmişdi. Belə ki, "Rizəspor"la oyundan sonra klubun avtobusu naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulmuşdu. Bunun nəticəsində sürücü yaralansa da, ölüm hadisəsi qeydə alınmamışdı.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çətinliklər yarana bilər
-
Qarabağ 00:00
Erməni ordusunun qalıqları Xocalıdan çıxarılır - VİDEO
-
Sosial13 Avqust 23:00
Bakıda AĞIR QƏZA: "Cəsur döyüşçü" həyatını itirdi - FOTO
-
Sosial13 Avqust 22:49
"Çort poberi": Biz Bakıdayıq... - Paytaxtdan XÜSUSİ REPORTAJ
-
Dünya13 Avqust 21:49
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
-
ABŞ13 Avqust 20:31
Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
-
Dünya13 Avqust 19:24
Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi
-
Hadisə13 Avqust 19:00
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi