Prezidentlər çıxış etməyəcəklər - Fitə basılmamaq üçün
Bizi izləyin

İdman

Prezidentlər çıxış etməyəcəklər - Fitə basılmamaq üçün

Prezidentlər çıxış etməyəcəklər - Fitə basılmamaq üçün

FİFA prezidenti Zepp Blatterlə Braziliya prezidenti Dilma Rousseff dünya çempionatının açılış mərasimində çıxış etməyəcəklər.

Publika.az xəbər verir ki, prezidentləri bu addımı atmağa vadar edən amil Konfederasiyalar Kubokunun açılış mərasimində yaşananlar olub.

Xatırladaq ki, Braziliyada keçirilən Konfederasiyalar Kubokunun açılış mərasimində çıxış edən Blatter və Rousseffi stadionda fitə basmışdılar.

Eyni halın təkrarlanmaması üçün prezidentlərin açılış mərasimində çıxış etməsi məqsədəuyğun sayılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm