Mənim vicdanım var? - Sağ cibimdə sarı, sol cibimdə isə qırmızı
Bizi izləyin

İdman

Mənim vicdanım var? - Sağ cibimdə sarı, sol cibimdə isə qırmızı

Mənim vicdanım var? - Sağ cibimdə sarı, sol cibimdə isə qırmızı

UEFA televiziya tamaşaçılarına hakim və oyunçular (azarkeşlərin nəyə görə hakimin bu və ya digər qərarı verməsini anlaması üçün) arasında olan danışıqları eşitməyə icazə verəcək. Təbii ki, hakimlərlə futbolçular arasındakı danışıqlarda adətən xoş sözlər səslənmir. Efirə söyüşləri buraxmaq olarmı? Publika.az bir çox məşhur hakimlərlə futbolçular arasında yaşanan dialoqlardan seçmələri təqdim edir.

Mark Rafalov

Ümumittifaq kateqoriyalı hakim

  • Moskva “Spartak”ı Kiyevdə meydana çıxacaq. Hakim Nikolay Latışev oyuna saatsız gəlib. O zamanlar xronometrdən istifadə etmək mütləq deyildi, oyuna adi saatla da gəlmək olardı. Kimdən istəmək olar? Qonaqların soyunma otağına girib Nikolay Demenyevdən istədik. “Spartak” 2:0 hesabla irəlidə olanda Dementyev üçüncü qolu vurdu lakin hakim ofsayd qeydə aldı. Dementyev yüyürərək Latışevin yanına gəlib dedi: “Saatımı qaytar!”

***

  • Daşkənddə keçirilən oyunda meydanda hakim mən idim. Komandalardan birinin müdafiəçisi açıq şəkildə kobudluq edir. O vaxtı vərəqə olmadığı üçün şifahi xəbərdarlıq edirdim. Görünür başa düşdü. Lakin fasilədən sonra yenidən əvvəlki vəziyyətinə qayıtdı. Növbəti qayda pozuntusu - rəqibini yıxır. Həmin futbolçunu meydandan uzaqlaşdırmaq lazımdır. Onu çağırıram və birdən inanılmaz hadisə baş verir. Futbolçu məşhur romansdan olan sətirləri opera səsi ilə oxumağa başladı: “Ehtiyac olmadan məni öldürmə...”

Mən qərarımdan döndüm və ona sonuncu xəbərdarlığı etdim Matçdan sonra öyrəndim ki, bir çox futbolçu cərimə olunaraq komandadan uzaqlaşdırıldığı üçün o da ümidsizlikdən belə oxuyurmuş.

Sergey Belyayev

Ümumittifaq kateqoriyalı hakim, 1931-ci il təvəllüdlü

  • 70-ci illərin ortalarında Leninqradda “Zenit”-“Dinamo” (Minsk) oyunu keçirilir. Birinci hissədə qonaqlar 2:0 hesabı ilə öndədir. Fasilədən sonra mənzərə dəyişir: “Zenit” qol vurur, sonra mən penalti verirəm, hesab 2:2 olur. Mərkəzə qaçıram. Baydaçnıy mənə çataraq çiynimdən yapışdı: “Sənin vicdanın var?” Arxaya döndüm: “Vicdanım var! Sağ cibimdə sarı, sol cibimdə isə qırmızı”. Bunu deyib qırmızı vərəqəni göstərdim.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm