Dünya çempionatında daha 2 qızıl və 1 bürünc qazandıq
Bizi izləyin

İdman

Dünya çempionatında daha 2 qızıl və 1 bürünc qazandıq

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə dünya çempionatının üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub.

Publika.az xəbər verir ki, Azərbaycan pəhləvanları günü 2 qızıl və 1 bürünc medalla başa vurub.

44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyadan olan güləşçiləri məğlub edərək dünya çempionu olub.

51 kq-dakı Leyla Qurbanova da eyni nəticəni göstərib. O, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib.

67 kq çəkidəki Elis Manolova isə yarımfinala kimi inamla irəliləsə də, yaponiyalı idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç təmsilçisinə qalib gələn Manolova çempionatın mükafatçıları sırasına düşməyi bacarıb.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan Azərbaycan yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və komanda hesabında ikinci olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm