"Komandanın həkiminə dedim ki..." – Mourinyo
Bizi izləyin

İdman

"Komandanın həkiminə dedim ki..." – Mourinyo

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Suonsi Siti" ilə görüşdə (2:2) komandanın həkimi Eva Karneyronu təhqir etməsinə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis xanım həkimin Eden Azardın zədələnməsi zamanı ləng hərəkət etməsindən narahat olduğunu bildirib:

"Dünən komandanın tibbi heyəti ilə görüşdüm. Bu barədə üç dəfə danışmışam, amma yenə təkrar edirəm. Futbolçunun sağlamlığı oyunun nəticəsindən, baş məşqçinin və hakimin qərarından daha önəmlidir. Əgər referi sənin meydana çıxaraq futbolçuya kömək etmənə icazə verməsə belə, sən öz vəzifəni yerinə yetirməlisən. Çünki zədəli futbolçuya kömək etmək həkimlərin işidir. Mən də Kaneyroya bunu izah etmək istədim. Yenə deyirəm futbolçunun sağlamlığı hər şeydən önəmlidir".

Qeyd edək ki, Mourinyo "Suonsi Siti" ilə oyunun gedişində Eden Azarda kömək etdikdən sonra ehtiyat skamyaya qayıdan komandanın xanım həkiminin ünvanına təhqiredici ifadələr səsləndirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm