Fransızın Türk qorxusu: “Onlar bayraq üçün canlarından keçməyə hazırdırlar” - FOTOLAR
Bizi izləyin

İdman

Fransızın Türk qorxusu: “Onlar bayraq üçün canlarından keçməyə hazırdırlar” - FOTOLAR

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Arsen Venger

“Azarkeşlərdən bir istəyim var, Türkiyə bayrağına hörmət etsinlər. Çünki türklər bayraq üçün canlarından keçməyə hazırdırlar”.

Luis Suarez

“Hələ 4 il bundan əvvəl “Pley-steyşn”də sırf Cerrardı idarə etmək üçün “Liverpul”u seçərdim. İndi onunla yanaşı oynayıram”.

(“Liverpul”da oynayarkən deyib)

Yürgen Klopp

“Mən Marko Roysun Messi ve Ronaldo səviyyəsində futbolçu olduğunu deyəndə insanlar sözümə gülmüşdülər. İndi isə hörmət edirlər...”

Kristiano Ronaldo

“Messi ağıllı, İbrahimoviç güclü, Bekhem yaraşıqlı olduğu üçün hamı tərəfindən sevilir. Məni isə sevmirlər, çünki bu xüsusiyyətlərin hər üçü məndə var”.

Luiş Fiqu

“Yaxşı hücumçu axtarırsızsa, uzun-uzadı araşdırma aparmağa ehtiyac yoxdur. Ən yaxşı forvardlar həmişə “Atletiko”da (Madrid) olur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm