İdman
1000 manatlıq emosiya
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Premyer Liqanın 3-cü turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Xəzər Lənkəran” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub (maddə 40). Oyunun 48-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48). Oyunun 90+1-ci dəqiqəsində cənubluların üzvü Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48). Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
AZAL – “Qarabağ” matçının 82-ci dəqiqəsində AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub (maddə 62).
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ