Komandasının qələbəsini ayağında döymə etdi – FOTO
Bizi izləyin

İdman

Komandasının qələbəsini ayağında döymə etdi – FOTO

İngiltərənin “Vest Hem” klubunun azarkeşi komandasının son oyunundan əvvəl verdiyi sözü yerinə yetirib.

Publika.azxarici mediaya istinadən verdiyi məlumata görə, Con Xay adlı azarkeş “Vest Hem”in “Liverpul” üzərindəki səfər qələbəsinin statistikasını ayağında döymə edib.

O, döymədən sonra ayağının şəklini “Twitter”dəki səhifəsində paylaşıb. Azarkeş komandasına qələbə qazandıran futbolçuların adlarını və qolların vurulduğu dəqiqələri ayağında həkk etdirib.

Qeyd edək ki, “çəkicdöyənlər”in dünənki 3-0 hesablı qələbəsi 1963-cü ildən sonra “Liverpul” üzərindəki ilk səfər qələbəsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm