Messi: “Azarkeşlər arzuladığı “Barsa”nı gördü”
Bizi izləyin

İdman

Messi: “Azarkeşlər arzuladığı “Barsa”nı gördü”

Messi: “Azarkeşlər arzuladığı “Barsa”nı gördü”

“Barselona”nın hücumçusu Lionel Messi komandasının Çempionlar Liqasında “Mançester Siti” üzərində 2:1 hesablı qələbəsindən sonra fikirlərini bildirib.

Publika.az xəbər verir ki, ulduz futbolçu komandasının oyunundan razı qalıb:

“Bilirdik ki, ilk növbədə qol vurub rəqibi sakitləşdirmək lazımdır. Çünki İngiltərə klubunun heyətində kifayət qədər güclü futbolçular var. Düzdü, “Mançester Siti” oyunun sonlarında qol vura bildi.

Ancaq o vaxta qədər artıq hər şey həll olunmuşdu. Biz mükəmməl futbol oynadıq. Azarkeşlər arzuladığı “Barselona”nı gördü. Biz ciddi rəqibi Çempionlar Liqasından kənarlaşdırdıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm