Prosineçki söz verdi: “Xorvatiya ilə oyunda uğurlu nəticə əldə edəcəyik”
Bizi izləyin

İdman

Prosineçki söz verdi: “Xorvatiya ilə oyunda uğurlu nəticə əldə edəcəyik”

Xorvatiya ilə AÇ-2016-nın seçmə oyununa hazırlaşan Azərbaycan millisinin baş məqşçisi Robert Prosineçki jurnalistlərə açıqlama verib.

Publika.az xəbər verir ki, xorvat çalışdırıcı qarşıdakı oyun barədə nikbin danışıb:

“Komandada hamı sağlamdır. Dünən axşamdan bütün futbolçular bir yerdədir. Legionerlərimiz Dmitri Nazarovla Eddi İsrafilov da komandaya qoşulub. Əsas odur ki, millidə zədəli futbolçu yoxdur. Məşq prosesindən razıyam. Futbolçular əllərindən gələni edirlər. Millimizi vacib oyun gözləyir. Avropanın güclü komandası gəlir. Çox çətin rəqiblə qarşılaşacağıq. Amma mən öz komandama inanıram. İnanıram ki, sentyabrın 3-də güclü komandaya qarşı yaxşı oynayaraq, uğurlu nəticə əldə edəcəyik".

Baş məşqçi deyib ki, sentyabrın 3-də "Bakcell Arena"da Xorvatiya millisi ilə keçiriləcək qarşılaşmanın start heyətindəkilərin 90 faizi öz klublarında əsas heyətdə çıxış edənlərdən ibarət olacaq. Komandada ümumi ab-havanı müsbət dəyərləndirən R.Prosineçki 2 itkinin olduğunu söyləyib:

"Maksim Medvedev zədə, Cavid Hüseynov məlum səbəbdən millimizə kömək edə bilməyəcək. Hazırda məni yalnız bu oyun maraqlandırır. İlk oyunu analiz etmişəm. Məqsədimiz odur ki, 0:6 hesabı ilə bitən matçdakı səhvləri təkrarlamayaq. Son 2 oyunda komandamız gözəl oyun ortaya qoyub. Xorvatiya futbolunu çox gözəl tanıyıram. Futbolçularının hansı klublarda çıxış etmələrindən xəbərdaram. Amma buna baxmayaraq, futbolçularıma inanıram və işim komandanı oyuna 100 faiz hazırlamaqdan ibarətdir".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm