“Neftçi”dəki istefanın səbəbi məlum oldu - FOTO
Bizi izləyin

İdman

“Neftçi”dəki istefanın səbəbi məlum oldu - FOTO

Dünən Gündüz Abbaszadənin “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən azad edilməsi haqda xəbər vermişdik.

Publika.az xəbər verir ki, sabiq klub rəsmisi istefanın səbəbləri haqda bu gün “facebook” səhifəsində ətraflı məlumat verib:

“Avqustun 1-dən rəsmi məzuniyyətdə olan birinin işindən narazıdırlar. Maraqlıdır, məzuniyyətdə olan adamın işindən necə narazı olmaq olar. Elnur Məmmədov (“Neftçi”nin vitse-prezidenti) Braziliyada olduğundan narazılığı mənə Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, Tahir Süleymanova ən yaxın insanlardan biri olmuş Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, Böyükağa Hacıyev, Elnur Əşrəfoğlu “Neftçi” haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə, adı çəkilən insanlara mən cavab verə bilmərəm.

Çünki, onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. “Neftçi”də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidir. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyanata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyanata görə niyə cavab verməli idim? İllərdir stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi "facebook" səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim? Hə, bir də, məndən vaxtı ilə “Neftçi”nin fotoqrafı olmuş Bəkir Dəlləkova (Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla? Əzizlərim, təbii ki, bunlar bəhanə idi. Əslində mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və... Bitdi. Canımı, qanımı verməyə hazır olduğum “Neftçi”dən ayrılmaq çox ağır gəlir mənə. Amma ondan da ağırı yaxınım bildiyim, əlindən tutduğum birinin... nə isə... “Neftçi”də işlədiyim üçün peşmanam? Xeyr! 2 çempionluq, 2 kubok və Avroliqanın qrupu... Niyə peşman olum ki?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm