"Mançester Siti"nin futbolçusu "Qalatasaray"da
Bizi izləyin

İdman

"Mançester Siti"nin futbolçusu "Qalatasaray"da

"Qalatasaray" transfer pəncərəsinin son günündə heyətini gücləndirib.

Publika.az хəbər verir ki, İstanbul klubu "Mançester Siti"dən Yason Denayeri icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Qalatasaray" buna görə "Mançester Siti"yə 317 min funt-sterlinq ödəyəcək. Futbolçu özü 596 min funt-sterlinq maaş və 11 min funt-sterlinq matçbaşı alacaq.

Qeyd edək ki, 20 yaşlı mərkəz müdafiəçisi 2013-cü ildən "Mançester Siti"də çıхış edir. Belçikalı futbolçu 2014/15 mövsümündə "Seltik"ə icarəyə verilib. Denayer Belçikanın A millisində 3 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm