İdman
“Qəbələ” və “Qarabağ”ın Avroliqadakı rəqibləri kimləri transfer etdi?
Avqustun 31-də Avropada transfer pəncərəsi bağlanıb. Əksər klublar, o cümlədən Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” komandalarının qrup mərhələsindəki rəqibləri “Borussiya” (Dortmund, Almaniya) və “Monako” (Fransa) klubları heyətlərinə bir neçə futbolçu daxil edib. Bu komandaların bəzi oyunçuları isə başqa klublara transfer olunub.
Publika.az xəbər verir ki, “Qəbələ”nin rəqibi “Borussiya” “Mançester Yunayted”in 20 yaşlı hücumçusu Adnan Yanuzay ilə müqavilə imzalayıb. Belçika yığmasının üzvü cari mövsümdə icarə əsasında Almaniya klubunda çıxış edəcək.
“Borussiya”nın müdafiəçisi Kevin Qroskroyts Türkiyənin “Qalatasaray”, yarımmüdafiəçisi Yakob Blaşikovski isə İtaliyanın “Fiorentina” komandalarına keçiblər.
“Qarabağ”ın rəqibi olan Fransanın “Monako” komandasının futbolçusu Antoni Martialın “Mançester Yunayted” komandasına keçidi ingilis klubuna 49 milyon avroya başa gəlib. Fransız klubunun tunisli müdafiəçisi Aymen Abdennur isə 25 milyon avro müqabilində “Valensiya”ya keçib.
“Monako” komandası avqustun 28-də heyətini iki futbolçu ilə gücləndirmişdi. “Knyazlıq klubu” “Real”ın üzvü Fabio Koentraonu və “Mançester Siti”nin yarımmüdafiəçisi Roni Lopesi transfer etmişdi.
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı