"Qəbələ" Ukrayna toplanışına start verdi
Bizi izləyin

İdman

"Qəbələ" Ukrayna toplanışına start verdi

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara start verib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-də 6 günlük hazırlıqlara başlayan “Qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandamızın hazırlığında milli üzvləri iştirak etməyib. “Çerno More” otelinin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələri bu gün – toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.

Xatırladaq ki, “Qəbələ” hazırlığın son günü – sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm