15 saniyəyə prezident seçildi
Bizi izləyin

İdman

15 saniyəyə prezident seçildi

Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti müəyyənləşib.

Publika.az xəbər verir ki, bu vəzifəyə ölkənin idman naziri Vitali Mutko seçilib.

O, yeni vəzifədə bir müddət öncə istefaya göndərilmiş Nikolay Tolstıxı əvəzləyib.

Qərar RFS-in növbədənkənar konfransında qəbul olunub. İclas Moskvadakı Futbol Evində baş tutub. 393 konfrans nümayəndəsi yekdilliklə onun lehinə səs verib. Səsvermə cəmi 15 saniyə çəkib.

Qeyd edək ki, Vitali Mutko 2005-2009-cu illərdə də RFS prezidenti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm