Reytinq açıqlandı – Millimiz 4 pillə gerilədi
Bizi izləyin

İdman

Reytinq açıqlandı – Millimiz 4 pillə gerilədi

Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan yığması reytinq cədvəlində 4 pillə geriləyib.

Siyahıda dünyanın 209 yığması yer alıb. Sonuncu dəfə ötən ay açıqlanan cədvəllə müqayisədə bu dəfə bəzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə az sayda da olsa, qarşılaşmaların keçirilməsi ilə bağlıdı.

Son 4 həftədə meydana çıxmayan komandamızın geriləyəcəyi gözlənilən idi. Xal hesabı 302-dən 291-ə qədər azalan Robert Prosineçkinin yetirmələri 4 pillə geriləyərək, 110-cu pilləyə düşüb.

FİFA reytinqinin ilk “onluğ”unda da dəyişiklik diqqət çəkir. 8-ci olan İngiltərə 2 pillə geriləyibsə, Çili eyni qədər irəliləyib.

Millimizin AÇ-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliya mövqeyini qoruyub. Bolqarıstanla Norveç isə öz yerlərini dəyişiblər. Bundan başqa, Xorvatiya və Malta hərəyə 1 addım geriləyib.

“İlk onluq”

1 (1). Argentina – 1442

2 (2). Belçika – 1269

3 (3). Almaniya – 1248

4 (4). Kolumbiya – 1224

5 (5). Braziliya – 1209

6 (6). Portuqaliya – 1186

7 (7). Rumıniya - 1176

8 (10). Çili – 1149

9 (9). Uels - 1146

10 (8). İngiltərə - 1143

AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz

14 (13). Xorvatiya – 1037

16 (16). İtaliya – 1012

68 (69). Bolqarıstan - 503

69 (68). Norveç - 496

160-161 (159). Malta – 154

Millimiz və “qonşuları”

105-106 (104). Syerra-Leone - 304

105-106 (105). Antiqua və Barbuda – 304

107 (110). Salvador – 300

108 (108). Zimbabve - 298

109 (107). Litva - 294

110 (106). AZƏRBAYCAN – 291

111 (111). Namibiya – 284

112 (112) Bəhreyn - 281

113 (119). Kuba – 280

114 (113). Mavritaniya – 273

115 (114). Benin – 269

Oxumağa davam et
Reklam
Reklam

Gündəm