O, niyə işsiz qalıb?
Bizi izləyin

İdman

O, niyə işsiz qalıb?

Vadim Vasilyev adı Azərbaycanın futbol ictimaiyyətinə yaxşı tanışdır. Vaxtilə futbol meydanlarında minlərlə azarkeşin rəğbətini qazanmış veteran futbolçu, millinin, "Neftçi"nin sabiq hücumçusu hazırda işsizdir.

Publika.az xəbər verir ki, işsizlikdən bezən Vadim Vasilyev sosial şəbəkədə bu duruma etiraz edib. O, paylaşdığı şəkilə belə şərh yazıb: "Artıq, iş verin".

Azərbaycan futbolunun daha bir tanınmış nümayəndəsi Fərrux İsmayılov Vasilyevin statusuna yazdığı şərhdə onu "Bakı"da işləməyə dəvət edib.

Vadim Vasilyev karyerası ərzində "Xəzri", "Nicat", "Bakı Fəhləsi", "Neftçi", "Qarabağ", "Bakı", "Olimpik", "Karvan" klublarının formasını geyinib.

O, legioner həyatı da yaşayıb. Donetskin "Metallurq" və Xarkovun "Metallist" komandalarında çıxış edib. Vasilyev karyerası ərzində keçirdiyi 297 oyunda 116 dəfə fərqlənib.

Vasilyev Azərbaycan millisinin heyətində 35 oyun keçirib, 2 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm