Poloçularımız ilk qələbələrini qazandılar
Bizi izləyin

İdman

Poloçularımız ilk qələbələrini qazandılar

Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda polo üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Polo Federasiyasından verilən məlumata görə, yarışın ilk turunda Azərbaycan seçmə komandası Almaniya idmançıları ilə qarşılaşıb. Görüş həmyerlilərimizin 9:7 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca meydana İspaniya və İtaliya komandaları çıxıblar. Qarşılaşmada İspaniya kollektivi italyanları 10:4 hesabı ilə məğlub edib.

İlk yarış gününün son görüşündə isə İsveçrə seçməsi İrlandiya millisinə 9:6 hesabı ilə qalib gəlib.

Sabah Avropa çempionatında oyunların ikinci günü keçiriləcək. İlk görüşdə meydana Azərbaycan və İtaliya komandaları çıxacaqlar. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da İsveçrə - İspaniya, 19:15-də isə İrlandiya - Almaniya qarşılaşmaları keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm