Almaniya qalib gəldi, Yunanıstan uduzdu
Bizi izləyin

İdman

Almaniya qalib gəldi, Yunanıstan uduzdu

"Avro-2016"nın seçmə mərhələsində VII turun oyunları davam edir.

D, F və İ qrupunda oyunlar keçirilib.

D qrupunun mərkəzi qarşılaşması Almaniyada baş tutub. Burada Almaniya yığması Polşa ilə münasibətlərinə aydınlıq gətirib. Yoahim Lövün komandası qalib gələrək (3:1) liderliyə yüksəlib. Qrupun digər oyunlarında Şotlandiya səfərdə Gürcüstana uduzub – 0:1. İrlandiya millisi isə Cəbəllütariqi darmadağın edib – 4:0.

F qrupunda lider Rumıniya yığması bu tur səfərdə Macarıstanın qonağı olub. Görüşdə hesab açılmayıb. Qrup ikincisi Şimali İrlandiya millisi isə səfərdə Farer adaları ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Digər görüşdə autsayderlər Yunanıstan və Finlandiya yığmaları üz-üzə gəlib. Qarşılaşma skandinaviyalıların qələbəsi ilə başa çatıb – 1:0.


İ qrupunda eyni xala malik (10) Danimarka və Albaniya yığmaları üz-üzə gəlib. Matçda qapılara qol vurulmayıb. Albaniya ilə görüşdə baş verən məlum qalmaqala görə 3 xalı silinən Serbiya yığması bu tur evdə Ermənistanla qarşılaşıb və rəqibini məğlub edib – 2:0. Qrupun hazırkı lideri Portuqaliya millisi isə bu tur istirahət edəcək.

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm