Aqolli 90 dəqiqə oynadı, cəzalandırıldı
Bizi izləyin

İdman

Aqolli 90 dəqiqə oynadı, cəzalandırıldı

"Qarabağ"ın futbolçusu Ansi Aqolli şərəfini qoruduğu Albaniya millisinin heyətində növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, albanlar "Avro-2016"nın seçmə mərhələsində səfərdə Danimarkanın qonağı olub.

Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, hesab açılmayıb. 90 dəqiqə meydanda olan Aqolli 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, İ qrupunda qərarlaşan Albaniya yığması keçirdiyi 5 oyundan sonra 11 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm