Messidən daha bir ilk
Bizi izləyin

İdman

Messidən daha bir ilk

Argentina millisinin futbolçusu Lionel Messi daha bir ilkə imza atıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Boliviya ilə yoldaşlıq görüşündə dubl edən Messi yığmasının tarixinə düşüb.

Dünənki matçda fərqlənən 28 yaşlı futbolçu Cənubi Amerika qitəsinin bütün yığmalarına qol vuran ilk argentinalı futbolçu olub. Lakin ondan öncə 3 futbolçu eyni uğura imza atıb.


Messiyə qədər Ziko (Braziliya), Arnoldo İquaran (Kolumbiya) və Aqustin Delqado (Ekvador) Cənubi Amerikanın bütün milli komandalarına qol vurmağı bacarıb.


Qeyd edək ki, Argentina - Boliviya oyunu 7:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm