Məğlubiyyətsiz seriya davam edəcəkmi?
Bizi izləyin

İdman

Məğlubiyyətsiz seriya davam edəcəkmi?

Bu gün milli komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Publika.az xəbər verir ki, 3 gün əvvəl Xorvatiyadan 1 xal alan Robert Prosineçkinin yetirmələri səfərdə Malta ilə qarşılaşacaqlar.

Xorvat mütəxəssisin gəlişindən sonra rəsmi oyunlarda məğlub olmayan və qol buraxmayan milli komandamız bu oyuna da qələbə əzmi ilə çıxacaq.

Malta ilə ilk görüşümüzdə evdə qalib gəlməyimiz də bizim üçün üstün cəhətlərdən biridir.

Azərbaycanlı azarkeşlər də Malta ilə matçda yığmamızdan qələbə gözləyirlər. Bunu bacaracağı halda, komandamız xallarının sayını 8-ə çatdıracaq ki, bu da seçmə mərhələni 4-cü pillədə bitirmək şansımızı artıracaq. Bundan əlavə, sabiq baş məşqçi Berti Foqtsun 9 xallıq rekord göstəricisinin yenilənməsi və ya təkrarlanması üçün də şərait yaranacaq.

6 sentyabr

21:00. Malta - Azərbaycan

Ta Qali. Milli stadion.

Baş hakim: Harald Lexner

Baş hakimin köməkçiləri: Maksimilian Kolbiş, Andreas Staudinger

Dördüncü hakim: Andreas Haydenrayx.

Əlavə köməkçi hakimlər: Aleksander Harkam, Julian Vaynberger

(hakimlər briqadası Avstriyadandır).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm