Ermənilər Bakıya gəlir – 1,6 milyon dollar üçün
Bizi izləyin

İdman

Ermənilər Bakıya gəlir – 1,6 milyon dollar üçün

Bakıda sentyabrın 10-da başlayacaq şahmat üzrə dünya kuboku ilə bağlı tərəfdaş şirkətlərlə müqavilənin imzalanma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, kubokun tərəfdaşı kimi “Badamlı”, “Baku Electronics”, “Baku Taksi”, “Modern Hospital”, “Meqa Sığorta” və “Red Bull”la müqavilə imzalanıb.

İmzalanma mərasimindən sonra mətbuat konfransı təşkil olunub. Dünya kubokunda Ermənistandan olan şahmatçıların iştirak edəcəyi də bildirib. Bakıya gələcək erməni şahmatçılar Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyan olacaq. Həmçinin, ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da paytaxtımıza gələcək.

Azərbaycanı şahmat üzrə dünya kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək.

Dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm