Türkiyə coşdu, Norveç təəccübləndirdi, İslandiya tarix yazdı
Bizi izləyin

İdman

Türkiyə coşdu, Norveç təəccübləndirdi, İslandiya tarix yazdı

AÇ-2016-nın seçmə mərhələsində 8-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə 3 qrupda 9 görüş keçirilib.

Millimizdən başqa, H qrupunda Norveç Xorvatiyanı, İtaliya isə Bolqarıstanı sınağa çəkib. 3 qarşılaşmanın nəticəsinə əsasən, Bolqarıstan, Azərbaycan və Malta milliləri final mərhələsinə yüksəlmək üçün pley-offa vəsiqə verən ilk 3 yerdən əllərini üzüb. Millimiz ən yaxşı halda, qrupda 4-cü yeri tuta bilər.

A qrupunda Türkiyə - Hollandiya matçı da az önəm kəsb etməyib. Onsuz da ürəkaçan durumda olmayan komandaların duelində "ay-ulduzlular" böyük hesabla qalib gələrək, pley-off şanslarını saxlayıblar. Amma İslandiya və Çexiya ilk 2 pillənin sahibi kimi final mərhələsinə birbaşa vəsiqəyə sahib çıxıb.

B qrupunda Uels - İsrail görüşü diqqət mərkəzində olub. Britaniyalılar qələbə qazansaydılar, İngiltərədən sonra Böyük Britaniyanın ikinci təmsilçisi kimi Fransaya vəsiqəni təmin edəcəkdilər. Amma görüş qolsuz yekunlaşıb.

AÇ-2016, seçmə mərhələsi

6 sentyabr

A qrupu

21:00 Latviya - Çexiya 1:2

Artur Zyuzin, 75 - David Limberski, 13. Vladimir Darida, 25.

21:00 Türkiyə - Hollandiya 3:0

Oğuzxan Özyakub, 8. Arda Turan, 26. Burak Yılmaz, 86

23:45 İslandiya - Qazaxıstan 0:0

1. İslandiya - 19 (8), 2. Çexiya - 19 (8), 3. Türkiyə - 12 (8), 4. Hollandiya - 10 (8), 5. Latviya - 4 (8), 6. Qazaxıstan - 2 (8).

B qrupu

21:00 Uels - İsrail 0:0

23:45 Bosniya və Herseqovina - Andorra 3:0

Ermin Biçakçiç, 14. Edin Dzeko, 30. Senad Luliç, 45

23:45 Kipr - Belçika 0:1

Eden Azar, 86

1. Uels - 18 (8), 2. Belçika - 17 (8), 3. İsrail - 13 (8), 4. Bosniya və Herseqovina - 11 (8), 5. Kipr - 9 (8), 6. Andorra - 0 (8).

H qrupu

21:00 Malta - Azərbaycan 2:2

Mixael Mifsud, 55. Alfred Effionq, 71 - Rahid Əmirquliyev, 36; 80

21:00 Norveç - Xorvatiya 2:0

Yo İnge Berget, 51. Vedran Çorluka, 69-öz qapısına

23:45 İtaliya - Bolqarıstan 1:0

Daniele de Rossi, 6-penalti ilə

1. Norveç - 16 (8), 2. İtaliya - 15 (7), 3. Xorvatiya - 14 (8), 4. Bolqarıstan - 8 (7), 5. Azərbaycan - 6 (8), 6. Malta - 2 (8).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm