İdman
Las Veqasda əhəmiyyətli görüş
Bu gün ABŞ-ın Las Veqas şəhərində başlanacaq güləş üzrə Dünya çempionatı öncəsi Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.
Publika.az xəbər verir ki, toplantıda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İK üzvü Namiq Əliyev də iştirak edib.
Xatırladaq ki, bu, 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları öncəsi DGB İcrayyə Komitəsinin ilk toplantısıdır.
Tədbirdə 2015-ci ilin yanvar ayından bu günə qədər DGB tərəfindən görülən işlərin hesabatı dinlənilib, 2016-cı ilin yanvar ayında nəzərdə tutulan Olimpiya test yarışları, Rio Olimpiadasına hazırlıq və digər məsələlər müzakirə edilib.
Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək