Ronaldo üçün 150 milyon avro təklif etdilər
Bizi izləyin

İdman

Ronaldo üçün 150 milyon avro təklif etdilər

“Transfer pəncərəsi” bağlansa da, bu mövzuda söz-söhbətlər hələ də səngimək bilmir. Təbii ki, təxminən 3 aylıq dövr ərzində reallaşan və reallaşmayan keçidlər oldu. Hətta mətbuata sızmayan görüşlər də baş tutub yəqin ki.

Publika.az xəbər verir ki, mövsümlərarası dövrdə “bazar”ın ən aktiv alıcılarından olan PSJ “Real”ın ulduzu Kriştiano Ronaldoya da qarmaq atıbmış. Parislilər 30 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazır olublar. Şeyxlər bununla bağlı hətta “Real”a rəsmi təklif də göndəriblər. Ancaq “Kral klubu”nun rəhbərliyi bu təklifi qəbul etməyib.

İspaniya mətbuatına inansaq, Ronaldonun gələn yay Madridi tərk edəcəyi gözlənilir. Bu, “Real”ın mövsümü necə bitirəcəyindən də asılı ola bilər.

Portuqaliyalı futbolçunun “Real”la müqaviləsi 2018-ci ilə qədər nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm