İdman
Elnur Məmmədli vəzifəsindən uzaqlaşdırılır – Bəs baş məşqçi?
Artıq cüdo federasiyasında yeni işlər görülməyə başlanılıb. Yeni rəhbərlik bəzi problemləri aradan qaldırmağa və idmançıların dərdlərini dinləməyə qərar verib.
Bununla bağlı Publika.az bəzi məlumatlar alıb. Saytımıza daxil olan məlumata görə, federasiyanın keçmiş prezidenti Füzuli Ələkbərovun dövründən idmançılara veriləcək “borclar” yavaş-yavaş ödəniləcək. Yığılan və bir müddətdir ödənməyən maaşlar ödəniləcək.
Federasiyada digər vəzifələrə yeni təyinatların olacağı deyilmişdi. Bu dəyişiklik baş katib və vitse-prezident postlarına da aiddir. Bizə verilən məlumata görə, baş katib Elnur Camalxanov və vitse-prezident Elnur Məmmədli də postlarından göndərilə bilər.
İşdən uzaqlaşdırma və dəyişikliklərlə bağlı baş katib Elnur Camalxanovla əlaqə saxladıq. O, Publika.az-a açıqlamasında Elnur Məmmədlinin və ya özünün vəzifədən göndərilib-göndərilməyəcəyi ilə bağlı dəqiq məlumatı olmadığınlı dedi.
Federasiyaya yaxın mənbədən aldığımız digər məlumata görə baş məşqçi postunda da dəyişiklik olacaq. Ancaq post yenə yerli mütəxəssisə tapşırılacaq. Federasiyada yığmaya əcnəbi baş məşqçinin gətirilməsi müzakirə edilmir.
Aygün İlqarqızı
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO