Dünya çempionu Şotlandiyanı çətinliklə məğlub etdi
Bizi izləyin

İdman

Dünya çempionu Şotlandiyanı çətinliklə məğlub etdi

AÇ-2016-nın seçmə mərhələsinin D, F və İ qruplarında növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Albaniyada baş tutub. Burada "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya millisi Portuqaliyanı qəbul edib. Oyun pireneylilərin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Bu komandalar arasında Portuqaliyada baş tutmuş ilk oyun albanların minimal hesablı qələbəsiylə nəticələnmişdi.

Digər maraqlı oyun isə F qrupunda baş tutub. Burda heç kimin gözləmədiyi halda liderliyə yüksələn Şimali İrlandiya 3-cü pillədə qərarlaşmış Macarıstanı qəbul edib. İrlandlar evdə keçirəcəyi oyunu qələbəylə başa vuracağı halda, seçmə mərhələnin sonuna iki tur qalmış gələn il Fransada təşkil ediləcək qitə birinciliyinə vəsiqə əldə etmiş olacaqdı. Ancaq bu, onlara müyəssər olmayıb. Belə ki, evdə Macarıstanla 1:1 hesablı bərabərliyə imza atan irlandlar liderliklərini qorusalar da, qitə birinciliyinə vəsiqəni rəsmiləşdirməyi müvəqqəti təxirə salıblar.

Keçən həftə səfərdə qrupun autsayderlərindən Gürcüstan millisinə məğlub olan (0:1) Şotlandiya isə AÇ iddialarını davam etdirmək üçün evdə son dünya çempionu Almaniya yığmasını məğlub etməliydi. Ancaq şotlandlar Almaniyaya 2:3 hesabıyla məğlub olaraq AÇ-dan bir az da aralı düşüblər.

AÇ-2016, seçmə mərhələ

7 sentyabr

D qrupu

23:45 Polşa - Cəbəllütariq 8:1

Qrosiçki, 8; 15. Levandovski, 19; 29. Milik, 56; 72. Blaşikovski, 59-p. Kapustka, 74 - Qoslinq, 87.

23:45 Şotlandiya - Almaniya 2:3

Hummels, 28-a/q. Makartur, 43 - Müller, 18; 34. İlkay Gündoğan, 54.

23:45 İrlandiya - Gürcüstan 1:0

Valters, 69.

1. Almaniya - 19 (8), 2. Polşa - 17 (8), 3. İrlandiya - 15 (8), 4. Şotlandiya - 11 (8), 5. Gürcüstan - 6 (8), 6. Cəbəllütariq - 0 (8).

F qrupu

23:45 Finlandiya - Farer adaları 1:0

Pohyanpalo, 23.

23:45 Rumıniya - Yunanıstan 0:0

23:45 Şimali İrlandiya - Macarıstan 1:1

Lafferti, 93 - Quzmiks, 74.

Qırmızı vərəqə: Beyrd, 83.

1. Şimali İrlandiya - 17 (8), 2. Rumıniya - 16 (8), 3. Macarıstan - 13 (8), 4. Finlandiya - 10 (8), 5. Farer adaları - 6 (8), 6. Yunanıstan - 3 (8).

İ qrupu

21:00 Ermənistan - Danimarka 0:0

23:45 Albaniya - Portuqaliya 0:1

Migel Veloso, 92.

1. Portuqaliya - 15 (6), 2. Danimarka - 12 (7), 3. Albaniya - 11 (6), 4. Ermənistan - 2 (7), 5. Serbiya - 1 (6).

Qeyd: Albaniyayla oyunda yaşanmış hadisələrə görə, Serbiyanın hesabından 3 xal çıxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm