İdman
Boksçumuz dünya birinciliyinə qələbə ilə başladı
Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir.
Publika.az xəbər verir ki, yarışın növbəti günündə milli komandamızın 3 üzvü rinqə çıxıb. Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov (60) dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz ukraynalı Zaxar Stepanovla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimiz 1/8 finalda macarıstanlı Mata Lakatosla üz-üzə gələcək.
Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52) isə ilkin mərhələdə uduzaraq, yarışdan kənarda qalıblar. Əkbərov gərgin mübarizədə Hindistan təmsilçisi Sandeep Çanqhasa məğlub olub – 1:2. Sadıqov isə İsrail boksçusu David Xarmatsa uduzub.
Bu gün dünya birinciliyində Kənan Əliyev (46 kq), Orxan Həsənov (54 kq), Sayad Lalayev (63 kq), Cavid Hüseynov (48 kq), Məhəmməd Abdullayev (81 kq) və Bəxtiyar Qazıbəyov (60 kq) çıxış edirlər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!