İdman
Sabah Dünya Kuboku start götürür
Sabah Bakıda şahmat üzrə Dünya Kuboku start götürəcək. Dünya Kubokunda 45 ölkədən 128 şahmatçı qələbə uğrunda mübarizə aparacaq.
Publika.az xəbər verir ki, ölkəmizi builki Dünya Kubokunda 6 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Püşkatmaya görə, ilk raundda Şəhriyar Məmmədyarov iranlı İdani Pouyla, Teymur Rəcəbov ABŞ təmsilçisi Samuel Sevianla, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayerlə, Qədir Hüseynov Rusiyalı Maksim Matlakovla, Vasif Durarbəyli Vyetnam şahmatçısı Le Quanq Liem və nəhayət, Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.
Qaydalara əsasən qalib iki klassik oyunun nəticəsinə görə müəyyən olunur və növbəti raunda vəsiqə qazanır. Əgər hər iki görüşün nəticəsində qalib bilinməsə, növbəti gün tay-brekdə müəyyən olunur.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO