Bakı dünya şahmat həyatının episentrinə çevriləcək
Bizi izləyin

İdman

Bakı dünya şahmat həyatının episentrinə çevriləcək

Azərbaycan peşəkar və həvəskar şahmata dəstək baxımından digər ölkələrə nümunədir.

Bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov Bakıda keçiriləcək Dünya Şahmat Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

O, qeyd edib ki, turnir onlayn yayımlanacaq: "Bu isə o deməkdir ki, on milyonlarla insanın diqqqəti Azərbaycana cəlb olunacaq. Tədbirin keçirildiyi müddətdə Bakı dünya şahmat həyatının episentrinə çevriləcək".

FIDE prezidenti vurğulayıb ki, planetin bütün güclü şahmatçıları turnirdə iştirak etmək üçün Bakıda olacaqlar.

K.İlyumjinov Bakıda Dünya Kubokunun təşkilinə görə ölkə rəhbərliyinə və Azərbaycan Şahmat Federasiyasına minnətdarlığını bildirib.

Azərbaycanı bu turnirdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm