Azərbaycanlı atlet Türkiyədə rekord qırdı
Bizi izləyin

İdman

Azərbaycanlı atlet Türkiyədə rekord qırdı

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev daha bir rekorda imza atıb.

Publika.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil edilən "Çelenc" yarışlarına qatılan atlet, 200 metr məsafəni 19,88 saniyəyə qət edərək, Türkiyə rekorduna imza atıb.

Xatırladaq ki, bu sahədə qeydə alınmış əvvəlki rekord da məhz Ramilə məxsus idi. O, bu il Pekində təşkil edilən dünya çempionatının yarımfinalında 200 metr məsafəni 20,01 saniyəyə qət edərək, Türkiyə rekorduna imza atmış, final mərhələsində isə 20,11 saniyəlik göstəriciylə 6-cı olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm