“Şah” qələbədən danışdı
Bizi izləyin

İdman

“Şah” qələbədən danışdı

Bakıda keçirilən şahmat üzrə dünya kubokunda təmsilçimiz Şəhriyar Məmmədyarov ilk oyununda İran şahmatçısı Pouya İdaniyə qalib gəlib.

Publika.az xəbər verir ki, “Şah” ləqəbli qrosmeyster qələbəsi barədə bunları deyib:

“İlk oyunlar həmişə çətin keçir. Üstəlik, rəqibim də çox güclü idi. O, gənclər arasında dünya çempionudur. Çətin oyun alındı. Amma mübarizə aparıb, qələbə qazandım. Sabah yenidən üz-üzə gələcəyik. Əlimdən gələni edəcəyəm ki, sabahkı görüşdə də qələbə qazanım. Çünki bazar günü üçüncü oyunu keçirmək istəmirəm. Növbəti mərhələyə vəsiqəni artıq sabah rəsmiləşdirmək istəyirəm”.

Qeyd edək ki, Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yarış oktyabrın 4-dək davam edəcək. Beynəlxalq turnirdə 45 ölkədən 128 şahmatçı “tac” uğrunda mübarizə aparır.

Yarışın mükafat fondu 1,6 milyon dollar olaraq müəyyənləşib. Dünya Kubokunda Azərbaycanı 6 şahmatçı təmsil edir.

İlk mərhələdə şahmatçımız Teymur Rəcəbov ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanla üz-üzə gəlib. Görüşdə Rəcəbov turnirə heç-heçə ilə başlayıb- (0,5:0,5)

Qədir Hüseynov Rusiya təmsilçisi Maksim Matlakova (1:0), Rauf Məmmədov digər rus şahmatçı Yevgeni Nayerə (1:0), Şəhriyar Məmmədyarov isə İran təmsilçisi Pouya İdaniyə qalib gəlib.

Eltac Səfərli macarıstanlı rəqibi Çaba Baloqla (0,5:0,5) və Vasif Durarbəyli Vyetnam şahmatçısı Li Quanq Liemlə (0,5: 0,5) görüşlərdə turnirə “sülh”lə start veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm