“Zirə”yə texniki məğlubiyyət verildi
Bizi izləyin

İdman

“Zirə”yə texniki məğlubiyyət verildi

AFFA-nın İntizam Komitəsi "Zirə" klubunun əvəzedicilərdən ibarət komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

Publika.az xəbər verir ki, V turda keçirilən "Rəvan"la matçda yaş limiti pozulub. Əsasnaməyə görə, komandaların heyətində meydanda minimum 8 nəfər 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçu olmalıdır. Lakin son oyunda onlardan biri "ixtisar"a salınıb.

Bundan başqa, oyunöncəsi iclasda "Zirə" klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimələnib.

Qeyd edək ki, görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm