“Krasnodar” - “Qəbələ” – 2:1 - YENİLƏNİB
Bizi izləyin

İdman

“Krasnodar” - “Qəbələ” – 2:1 - YENİLƏNİB

Oyunun 84-cü dəqiqədə Smolov meydan sahiblərini yenidən önə keçirib – 2:1. Oyun bu hesabla da başa çatıb.

Beləliklə, “Qəbələ” 2 oyundan 1 xalla “C” qrupunda sonuncu sıradadır. 4 xallı “Dortmund” qrup lideridir.

01:08

Görüşün 51-ci dəqiqəsində "Qəbələ" "Krasnodar”la oyunda hesabı bərabərləşdirib. Sergey Zenyovun sağ cinahdan ötürməsindən sonra Dodo topu rəqib qapıdan keçirib (1:1).

00:50

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılıb. Görüşün səkkizinci dəqiqəsində "Krasnodar"ın futbolçusu Pavel Mamayevin ötürməsindən sonra Vandersonun uzaqdan vurduğu top dəqiq olub və hesab açılıb 1:0. Beləliklə, birinci hissə 1:0 hesabı ilə rəqib komandanın üstünlüyü illə yekunlaşıb.

00:05

Bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” qrupdakı növbəti oyununa çıxıb.

Təmsilçimiz səfərdə Rusiyanın "Krasnodar" klubunun qonağı olacaq. “Qırmızı-qaralar” qonşu ölkədən hətta heç-heçə ilə qayıtması da sürpriz nəticə kimi qiymətləndirilə bilər.

Bu gün təmsilçilərimizin yer aldığı qrupda daha bir oyun baş tutacaq. Dortmund "Borussiya"sı (Almaniya) səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Krasnodar"a qarşı səfər oyunu öncəsi fikirlərini açıqlayıb:

“Biz yalnız bir oyunluq informasiya ilə kifayətlənə bilmərik. Onların başqa oyunlarını da izləmişik. Hansı ki, həmin görüşlərdə kifayət qədər keyfiyyətli futbol sərgiləyiblər. Daha yaxşı oynaya bilərlər. Həmçinin "Krasnodar"a çox ciddi və savadlı məşqçinin rəhbərlik etdiyini də vurğulamalıyam. Rəqib doğrudan da çox güclüdür. Mümkündür ki, rəqib üçün soyuq duş yarada bilməyək, amma sərinlik yaratmağa çalışacağıq. Bizim bunun üçün gücümüz və ağlımız var”.

Avropa Liqası. Qrup mərhələsi, 2-ci tur

1 oktyabr

C qrupu
00:05 Krasnodar - Qəbələ
Baş hakim: Martin Borski

Yan xətt hakimləri: Rafal Rostkovski, Martsin Bonyek

Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda

Dördüncü hakim: Krjıştov Mırmus

Hakim-inspektor: Elmir Pılav (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Sergey İlıx (Belarus)

Krasnodar. "Kuban" stadionu

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm