Bizə sərf edən iki “sülh müqaviləsi”
Bizi izləyin

İdman

Bizə sərf edən iki “sülh müqaviləsi”

Avropa Liqasının qrup mərhələsində 2-ci tura start verilib.

Publika.az xəbər verir ki, Avropa Liqasındakı təmsilçilərimizdən "Qarabağ" evdə "Anderlext"lə (Belçika), "Qəbələ" isə səfərdə "Krasnodar"la (Rusiya) qarşılaşıb.

J qrupunda ilk oyunda "Qarabağ"ı məğlub edən (3:1) "Tottenhem" səfərdə "Monako"yla heç-heçə edib - 1:1. C qrupunda isə ilk turda Bakıda "Qəbələ"ylə "sülh bağlayan" PAOK evdə Dortmund "Borussiya"sıyla 1:1 hesablı bərabərə qalıb.

Qrup mərhələsinin ilk turunda evdə gözlənilmədən Norveç "Molde"sinə məğlub olan (1:2) "Fənərbaxça" 2-ci turda cari mövsümdə "Qarabağ"ı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində dayandıran "Seltik"lə heç-heçə edib - 2:2.

Türkiyənin Avropa Liqasının qrup mərhələsindəki digər təmsilçisi "Beşiktaş" isə evdə Portuqaliya "Sportinq"inin müqavimətini qıra bilməyib - 1:1.

Avropa Liqası, qrup mərhələsi, 2-ci tur

1 oktyabr

A qrupu

Seltik (Şotlandiya) - Fənərbaxça (Türkiyə) 2:2

Qriffits, 28. Kommons, 32 - Fernandao, 43; 48.

Molde (Norveç) - Ayaks (Hollandiya) 1:1

Hestad, 8-p - Fişer, 19.

1. Molde - 4, 2. Ayaks - 2, 3. Seltik - 2, 4. Fənərbaxça - 1.

B qrupu

Rubin (Rusiya) - Bordo (Fransa) 0:0

Liverpul (İngiltərə) - Syon (İsveçrə) 1:1

Lallana, 5 - Assifua, 18.

1. Syon - 4, 2. Liverpul - 2, 3. Bordo - 2, 4. Rubin - 1.

C qrupu

Krasnodar (Rusiya) - Qəbələ (Azərbaycan) 2:1

Vanderson, 8. Smolov, 84 - Dodo, 51.

PAOK (Yunanıstan) - Borussiya D (Almaniya) 1:1

Mak, 34 - Kastro, 72.

1. Borussiya D - 4, 2. Krasnodar - 3, 3. PAOK - 2, 4. Qəbələ - 1.

D qrupu

Brügge (Belçika) - Midtyulland (Danimarka) 1:3

Munyer, 79 - Sisto, 51. Onuaçu, 67. Novak, 74.

Legiya (Polşa) - Napoli (İtaliya) 0:2

Mertens, 53. İquayn, 84.

1. Napoli - 6, 2. Midtyulland - 6, 3. Legiya - 0, 4. Brügge - 0.

E qrupu

Dinamo M (Belarus) - Rapid (Avstriya) 0:1

Hofmann, 54.

Vilyarreal (İspaniya) - Viktoriya (Çexiya) 1:0

Baptistao, 54.

1. Rapid - 6, 2. Vilyarreal - 3, 3. Viktoriya - 3, 4. Dinamo M - 0.

F qrupu

Marsel (Fransa) - Slovan (Çexiya) 0:1

Kufal, 84.

Braqa (Portuqaliya) - Qroningen (Hollandiya) 1:0

Hassan, 5.

1. Braqa - 6, 2. Marsel - 3, 3. Slovan - 3, 4. Qroningen - 0.

G qrupu

Rusenborq (Norveç) - Dnepr (Ukrayna) 0:1

Seleznyov, 80.

Latsio (İtaliya) - Sent-Etyen (Fransa) 3:2

Onazi, 21. Hoedt, 49. Biqlia, 80 - Sall, 5. Monnet-Pake, 85.

1. Latsio - 4, 2. Dnepr - 4, 3. Sent-Etyen - 1, 4. Rusenborq - 1.

H qrupu

Beşiktaş (Türkiyə) - Sportinq (Portuqaliya) 1:1

Gökhan Töre, 61 - Ruis, 16.

Lokomotiv (Rusiya) - Skenderbeu (Albaniya) 2:0

Niasse, 35. Səmədov, 73.

1. Lokomotiv - 6, 2. Beşiktaş - 4, 3. Sportinq - 1, 4. Skenderbeu - 0.

İ qrupu

Belenenseş (Portuqaliya) - Fiorentina (İtaliya) 0:4

Bernardeşi, 18. Babakar, 45. Tonel, 83-avtoqol. Rossi, 90.

Bazel (İsveçrə) - Lex (Polşa) 2:0

Byarnason, 55. Embolo, 90.

1. Bazel - 6, 2. Fiorentina - 3, 3. Lex - 1, 4. Belenenseş - 1.

J qrupu

Qarabağ (Azərbaycan) - Anderlext (Belçika) 1:0

Almeyda, 36.

Monako (Fransa) - Tottenhem (İngiltərə) 1:1

El Şaaravi, 81 - Lamela, 35.

1. Tottenhem - 4, 2. Qarabağ - 3, 3. Monako - 2, 4. Anderlext - 1.

K qrupu

Sparta (Çexiya) - APOEL (Kipr) 2:0

Fatai, 23. Brabek, 60.

Şalke (Almaniya) - Asteras (Yunanıstan) 4:0

Di Santo, 27; 37; 44-p. Huntelaar, 83.

1. Şalke - 6, 2. Sparta - 4, 3. Asteras - 1, 4. APOEL - 0.

L qrupu

Auqsburq (Almaniya) - Partizan (Serbiya) 1:3

Bobadilla, 58 - Zivkoviç, 31; 63. Fabrisio, 55.

Alkmaar (Hollandiya) - Atletik (İspaniya) 2:1

Henriksen, 55. Haps, 65 - Aduris, 84.

1. Partizan - 6, 2. Alkmaar - 3, 3. Atletik - 3, 4. Auqsburq - 0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm