İlk Olimpiya mükafatçımızın xatirə turniri keçiriləcək
Bizi izləyin

İdman

İlk Olimpiya mükafatçımızın xatirə turniri keçiriləcək

2015-ci ilin təqvim planına əsasən, oktyabrın 26-28-də Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq Respublika turniri keçiriləcək.

Publika.az xəbər verir ki, oktyabrın 3-dən 11-dək turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışın keçirilməsi həm də 2016-ci ildə keçiriləcək yeniyetmələrin Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi AGF-in nümayəndəlikləri tərəfindən keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

6 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 3-4-də Şəkidə, 3 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-də Qobustanda təşkil olunacaq. 1 saylı nümayəndəliyin seçim xarakterli Bakı çempionatında isə, oktyabrın 3-4-də sərbəst, 5-6-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Oktyabrın 9-10-da Salyanda 4 saylı nümayəndəliyin seçim yarışları keçiriləcək. 10-11 oktyabrda isə, 2 və 7 saylı nümayəndəliklərin seçim yarışları baş tutacaq, yarışlar müvafiq olaraq Sumqayıt və Şəmkirdə keçiriləcək.

Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə açıq Respublika turnirində iştirak hüququ əldə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm