Millinin heyəti açıqlandı – Bu dəfə “İnter” “ofsayd”a düşdü
Bizi izləyin

İdman

Millinin heyəti açıqlandı – Bu dəfə “İnter” “ofsayd”a düşdü

Azərbaycan milli komandasının AÇ-2016-nın seçmə qrup mərhələsi çərçivəsində İtaliya və Bolqarıstan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki heyətə 21 futbolçu cəlb edib. Onlardan 5-i - Kamran Ağayev ("Karşıyaka", Türkiyə), Pavel Paşayev ("Metallurq" Zaparojye, Ukrayna), Dmitri Nazarov ("Karlsrue", Almaniya), Tuğrul Erat ("Fortuna", Almaniya) və Eddi İsrafilov ("Eybar", İspaniya) legionerdir.

Maraqlıdır ki, xorvatiyalı mütəxəssis hazırda Premyer Liqada 2-ci pillədə qərarlaşmış "İnter"in heç bir üzvünə dəvət göndərməyib.

Qapıçılar: Kamran Ağayev ("Karşıyaka", Türkiyə), Aqil Məmmədov ("Neftçi"), Anar Nəzirov ("Zirə");

Müdafiəçilər: Tərlan Quliyev ("Kəpəz"), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Arif Daşdəmirov, Ruslan Abışov (hər ikisi "Qəbələ"), Pavel Paşayev ("Metallurq", Zaporojye, Ukrayna);

Yarımmüdafiəçilər: Rəşad Sadiqov ("Qəbələ"), Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov (hamısı "Qarabağ"), Dmitri Nazarov ("Karlsruhe", Almaniya), Rəhman Hacıyev ("Neftçi"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Tuğrul Erat ("Fortuna", Dusseldorf, Almaniya);

Hücumçular: Ruslan Qurbanov ("Neftçi"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Eddi İsrafilov ("Eybar", İspaniya).

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da Bakı Olimpiya Stadionunda İtaliya, üç gün sonra isə Sofiyada Bolqarıstan yığması ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm