Azərbaycan gimnastları 3-cü oldu - FOTO
Bizi izləyin

İdman

Azərbaycan gimnastları 3-cü oldu - FOTO

Xəbər verdiyimiz kimi, Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2015” keçirilir. Yarışda dünyanın 23 ölkəsinin 25 klubunu təmsil edən 75 gimnast mübarizə aparır.

Azərbaycanı çempionatda təmsil edən “Ocaq Sport Club” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılıb. Gərgin keçən idman mübarizəsindən sonra final mərhələsinin birinci gününü yuniorka gimnast Jalə Piriyeva dördüncü, sinyorka Marina Durunda isə altıncı yerdə başa vurublar. Həmin günün nəticələrinə görə komandamız 98.981 balla üçüncü yerdə qərarlaşıb.

“Ocaq Sport Club”un baş məşqçisi Marianna Vasilyeva AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, qızlarımızın çıxışı uğurlu alınıb və ümid edirik ki, budəfəki klublararası dünya çempionatında daha üstün yer əldə edəcəyik.

Dünyanın bədii gimnastika üzrə ən güclü komandalarının qatıldığı çempionat oktyabrın 4-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm