Bu gün liderlər qarşılaşacaq
Bizi izləyin

İdman

Bu gün liderlər qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində daha üç oyun keçiriləcək.

Bu turda “İnter”–“Qarabağ” görüşü daha çox maraq doğurur. Belə ki, hər iki komanda liderlər sırasındadır. “Qarabağ” hazırda 14 xalla ikinci, “İnter” isə 13 xalla üçüncü yeri tutur. Qarşılaşma saat 19:00-da “İnter arena”da başlayacaq.

Turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan “Qəbələ” klubu öz meydançasında “Xəzər Lənkəran” komandasını qəbul edəcək. Oyun saat 21:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

Çempionatın debütantı “Zirə” komandasının “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlməsi turun sensasiyası sayıla bilər. Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Zirə” turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm