Para-taekvondo üzrə milli komandamız 4 qızıl və 1 bürünc medal qazanıblar
Bizi izləyin

İdman

Para-taekvondo üzrə milli komandamız 4 qızıl və 1 bürünc medal qazanıblar

Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları başa çatıb. İdmanın oxatma, güləş, yüngül atletika, üzgüçülük, stolüstü tennis növləri üzrə keçirilən Oyunlarda para-taekvondo yarışları da yer alıb.

AZƏRTAC xəbər verir ki, “G4” kateqoriyalı yarışlara altı idmançı ilə qatılan para-taekvondo üzrə milli komandamız 4 qızıl və 1 bürünc medal qazanmaqla növbəti uğura imza atıb.

Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Müslümov, eləcə də Namiq Abbasov (61 kq), Rövşən Qəhrəmanlı (61 kq) və Aynur Məmmədova (58 kq-dan yuxarı) yarışın qalibi olaraq qızıl medal qazanıblar. Aleksandr Polişuk (75 kq-dan yuxarı) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.

Komandamız yarışa Azərbaycan Taekvondo Federasiyasının baş katibi Həmdiyyə Məmmədov, baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə qatılıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm