• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Rusiyanın ən böyük stadionu yanır - VİDEO

  • İdman
  • 5 Oktyabr 2015 15:34
  • 1 041 Baxış
Rusiyanın ən böyük stadionu yanır - VİDEO

Vaxtilə “Spartak”ın ev oyunlarını keçirdiyi “Lujniki” stadionunda yanğın baş verib.

Publika.az xəbər verir ki, DÇ-2018-in oyunlarını qəbul etmək məqsədiylə 2013-cü ildən təmirə bağlanan nəhəng arenada hazırda yenidənqurma işləri gedir. Yanğının da məhz təmir zamanı baş verdiyi bildirilir.

Stadiona cəlb olunan yanğınsöndürənlər tez bir zamanda alovu söndürüb. İtkiylə bağlı məlumat verilmir.

1956-cı ildə fəaliyyətə başlayan “Lujniki” iki dəfə rekonstruksiyaya məruz qalıb. Sonuncu dəfə 2004-cü ildə müasirləşdirilən arena Rusiyanın ən böyük stadionu hesab olunur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR