AFFA “İnter”ə 14 min manatlıq “hökm oxudu”
Bizi izləyin

İdman

AFFA “İnter”ə 14 min manatlıq “hökm oxudu”

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının 7-ci turunun AZAL - “Rəvan” matçında “Təyyarəçilər”in 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Rəvan”ın baş məşqiçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.

Premyer Liqanın 7-ci turunun “Zirə” - “Neftçi” matçının 47-ci dəqiqəsində qonaqların futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Premyer Liqanın 7-ci turunun “Qəbələ” - “Xəzər Lənkəran” matçından sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov iştirak etmədiyi üçün “Xəzər Lənkəran” 1000 manat cərimə olunub.

Premyer Liqanın 7-ci turunun “Kəpəz” - “Sumqayıt” matçının 76-cı dəqiqəsində qonaqların futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın 7-ci turunun “İnter” - “Qarabağ” matçında “bankirlər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “İnter”in qapıçısı Georgi Lomaya hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “İnter”in futbolçusu Zurab Xizanişvili hakimlər briqadasını qarşı təhqiredici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “İnter”in nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm