İdman
Qəbələdə yeni stadionun inşası niyə dayandırıldı? - RƏSMİ AÇIQLAMA

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov komandanın qrup mərhələsindən çıxma şansını dəyərləndirib.
Publika.az-a danışan klub rəsmisi qrup mərhələsinə düşməyi uğur adlandırsa da, uğurun davamını gətirməli olduqlarını vurğulayıb:
“Həmişə demişik, hətta futbolçularla da bu barədə söhbət etmişik – Əgər biz qrup mərhələsinə düşmüşüksə, bunun özü böyük uğurdur. Futbolçularımız əlindən gələnin ən yaxşısını etməyə çalışırlar, onlara öz təşəkkürümüzü bildiririk. Rəhbərlik də futbolçularımız üçün çox gözəl şərait yaradıb.
“Qəbələ”nin qrup mərhələsinə düşməsini yüksək qiymətləndiririk. Amma anlayırıq ki, dayanmamalıyıq, uğur üçün davam etməliyik. Yenə deyirəm, qrupdan çıxmaq üçün əlimizdən gələni etməliyik”.
Daha sonra Fariz Məmmədov arenanın inşasının dayandırılmasının səbəbi barədə açıqlama verib. O bildirib ki, tamaşaçı tutumunu yüksəltmək niyyətindədirlər, stadionu müasir standartlara uyğun inşa etmək istəyirlər. Bu üzdən də tikintiyə fasilə verilib:
“Düzdür, biz gələcəkdə avrokuboklardakı ev oyunlarını öz doğma meydançamızda keçirmək niyyətindəyik. Buna görə də bəzi planlarımız var. Fikrimizdə var ki, arenanın tutumunu 8000-ə qədər yüksəldək”.
F.Məmmədov işlərin yekunlaşacağı vaxt haqda dəqiq məlumat verə bilməyəcəyini də deyib.
Aygün İlqarqızı

-
Magazin204:59
Aralarındakı problemin əsas səbəbi bəlli oldu
-
Magazin129 May 22:31
“Barbie” Aygün Kazımova... - FOTO
-
İdman29 May 20:40
Rövnəq Abdullayevə etiraz etdilər, fitə basdılar - VİDEO
-
Nida Xəbər 29 May 19:12
Müdafiə Nazirliyi məlumat yaydı
-
Nida Xəbər 29 May 19:08
Elxan Qasımov vəfat etdi - FOTO
-
Magazin129 May 18:38
Həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı - VİDEO
-
Region29 May 17:45
Rusiya NATO ilə müharibə edə bilər
-
Magazin229 May 17:20
Oktay Kaynarcadan üzücü xəbər