Azərbaycanlı ikiqat dünya çempionundan növbəti zəfər
Bizi izləyin

İdman

Azərbaycanlı ikiqat dünya çempionundan növbəti zəfər

Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları keçirilib.

Publika.az xəbər verir ki, idmanın oxatma, güləş, atletika, üzgüçülük, stolüstü tennis növləri üzrə keçirilən oyunlarda parataekvondo yarışları da yer alıb.

"G4” kateqoriyalı yarışlara 6 idmançı ilə qatılan parataekvondo üzrə milli komandamız uğurla çıxış edərək 4 qızıl və 1 bürünc medala sahib olub.

Qazanılan 5 medaldan 4-ü "Neftçi İdman Klubu”nun paralimpiyaçılarına məxsusdur. Klubun yetirmələrindən Rövşən Qəhrəmanlı (61 kq), Nicat Müslümov (75 kq) və Aynur Məmmədova (+58 kq) Dünya Oyunlarının qızıl medallarına yiyələniblər. Aleksandr Polişuk (+75 kq) isə yarışı bürünc medalla başa vurub.

Xatırladaq ki, Aynur Məmmədova (+58 kq) bu yaxınlarda dünya çempionatından qələbə ilə qayıdıb. O, ikiqat dünya çempionu adını qazanıb dünya oyunlarına yola düşmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm